Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının növbəti konqresi açılmışdır

 

Oktyabrın 14- Bakıdakı "Park İnn" otelində Avropa Ədalətli Oyunlar Hərəkatının XV konqresi Baş Məclisi açılmışdır. Konqresin işində dünyanın 24 ölkəsindən 50- yaxın nümayəndə iştirak edir.

Açılış mərasimində gənclər idman naziri Azad Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karluş Qonsalveş mərasimdəki çıxışında qeyd etmişdir ki, növbəti konqresin Bakıda keçirilməsi barədə qərar keçən il Kiprdə qəbul edilmişdi. Bu ilin mayında Avropa Ədalətli Oyunlar Hərəkatının nümayəndə heyəti konfransa hazırlığın gedişi ilə tanış olmaq üçün Azərbaycan paytaxtına gəlmişdi. Karluş Qonsalveş Avropa Ədalətli Oyunlar Hərəkatının XV konqresi Baş Məclisinin bu cür yüksək səviyyədə keçirilməsini dəstəklədiyinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirmişdir.

O həmçinin xatırlatmışdır ki, Avropa Ədalətli Oyunlar Hərəkatı 1994-cü ildə yaradılmışdır. Hərəkatın vəzifəsi ədalətli oyun prinsiplərinin təkcə idmanda deyil, təhsildə adi həyatda da yayılmasına nail olmaqdır.

Sonra Karluş Qonsalveş gənclər idman naziri Azad Rəhimova Avropa Ədalətli Oyunlar Hərəkatının xüsusi medalını təqdim etmişdir.

Avropa İdman Oyunları Şəbəkəsinin prezidenti Valter Tokarski Avropa Şurasının nümayəndəsi Stanisslas Frossard öz çıxışlarında devizi "Mədəniyyətlərarası dialoq" olan bu tədbirin məhz Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd etmişlər ki, Azərbaycan Avropa ailəsinin fəal üzvüdür.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev qeyd etmişdir ki, bu gün Azərbaycan bütün dünyada idman dövləti kimi tanınmışdır. 1996- ildə Atlantada keçirilmiş Olimpiya Oyunlarında Azərbaycan yığma komandası 1 gümüş medal, 2000-ci ildə Sidneydə 3 medal (1 qızıl 2 bürünc), 2004-cü ildə Afinada 5 medal (1 qızıl 4 bürünc), 2008-ci ildə Pekin Olimpiya Oyunlarında isə 7 medal (1 qızıl, 2 gümüş 4 bürünc) qazanmışdır.

1999-2003-cü illərdə keçirilmiş müxtəlif beynəlxalq yarışlarda Azərbaycan idmançıları 862 medal, o cümlədən idmanın olimpiya növləri üzrə 264 medal qazandığı halda, 2004-2008-ci illərdə onlar bütövlükdə 1693 medal qazanmışlar ki, bunun da 629-u Olimpiya idman növlərinə aiddir. Beləliklə, 5 ildə qazanılmış medalların ümumi sayı təxminən 2 dəfə, Olimpiya idman növləri üzrə medalların sayı isə 2,3 dəfədən çox artmışdır.

Xəzər İsayev daha sonra bildirmişdir ki, son 5 ildə Azərbaycanda 105 beynəlxalq idman tədbiri keçirilmişdir. Ölkəmizdə 21 olimpiya idman kompleksi artıq istifadəyə verilmişdir, gələn il bu cür daha 15 kompleks istifadəyə veriləcəkdir.

Oktyabrın 17- başa çatacaq konqresdə Avropanın müxtəlif ölkələrinin nümayəndələrinin məruzələri məlumatları dinləniləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 7.