"İslam dünyasında qadın: ənənəvi dəyərlər müasirlik"

 

Oktyabrın 14- "Ambassador" otelində "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" layihəsi çərçivəsində "İslam dünyasında qadın: ənənəvi dəyərlər müasirlik" adlı beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın iştirakçılara müraciəti oxunmuşdur.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova islam ölkələri qadınlarının bütün sahələr üzrə əlaqələrinin daha da genişləndirilməsinə qarşılıqlı faydalı təcrübə mübadiləsinə ehtiyac olduğunu bildirmişdir. H.Hüseynovanın sözlərinə görə, islam mütərəqqi din olaraq, bəşər tarixində ilk dəfə qadına bərabər münasibətin təməlini qoymuşdur. Dünyada cərəyan edən proseslər müsəlman cəmiyyətində qadınların vəziyyətinə önəmli təsir göstərir. Hazırkı məqamda Azərbaycan da daxil olmaqla müsəlman cəmiyyətləri qarşısında duran başlıca vəzifələrdən biri qadınlara münasibətdə ənənəvi dəyərlərin müasir inkişaf meyillərinin optimal surətdə uzlaşdırılmasına nail olmaqdan ibarətdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov səmavi dinlərin, xüsusilə islamın qadına böyük dəyər verdiyini bildirmişdir.

BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan Ermənistan üzrə ölkə direktoru cənab Pier Sieben islamda qadın kişilərə eyni hüquq verildiyini, müxtəlif dinlərdə bu məsələyə fərqli yanaşıldığını qeyd etmişdir.

Tədbirdə Küveyt dövlətinin Nazirlər Kabinetinin Qadın Problemləri Komitəsində Hüquq Komissiyasının sədri xanım Huda Abdulmuhsin əl-Şayçi, İordaniyanın Qadın Məsələləri üzrə Milli Komissiyasının baş katibinin müavini xanım Mona Mutamen, Türkiyə Respublikasının Qadının Statusu üzrə Baş Direktorluğunun şöbə müdiri xanım Fatma Karakoç müsəlman ölkələrində qadınların ictimai-siyasi həyatdakı rolundan danışmışlar.

Konfransda "Müasirlik islamda qadın", "Cəmiyyətdə qadının rolu islam dəyərləri kontekstində", "İslamda qadın azadlığı" mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Sonda bəyannamə qəbul edilmişdir.

 

 

Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 7.