İslam Konfransı
Təşkilatına üzv
dövlətlərin Mədəniyyət
Nazirlərinin VI Konfransı
başa çatmışdır
Bakının 2009-cu ildə
İslam mədəniyyətinin
paytaxtı elan edilməsi çərçivəsində
burada keçirilən
İslam Konfransı Təşkilatına üzv
dövlətlərin Mədəniyyət
Nazirlərinin VI Konfransına
oktyabrın 14-də yekun vurulmuşdur.
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi konfransda üzv dövlətlərin
nümayəndə heyətlərinin
bəyanatları və
onların islam dünyası üçün
mədəni strategiyasının
tətbiqi səyləri
barədə fikirləri
dinlənilmişdir. Qeyd edilmişdir ki, burada qəbul olunan sənədlər anlaşma və dialoq üçün mühüm rol oynayacaqdır.
Tədbirdə "Mədəniyyət və
kommunikasiya sahəsində
İSESKO-nun fəaliyyəti",
"Dialoq və mədəni müxtəliflik
və islama və müsəlmanlara
KİV tərəfindən ləkə yaxma kampaniyalarının təkzib
edilməsi" mövzuları
barədə qətnamə
layihələri müzakirə
olunmuş və qəbul edilmişdir.
İslam Ölkələri
Elm, Təhsil və Mədəniyyət
Təşkilatının (İSESKO) Baş Direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin
"İSESKO-nun İslam
Mədəniyyəti Paytaxtları
Proqramının həyata
keçirilməsinin davam
etdirilməsi üzrə
səyləri haqqında"
hesabatı dinlənilmişdir. O, 2009-cu ildə
Bakının - İslam
mədəniyyətinin paytaxtı
olduğunu xatırlatmış,
bu çərçivədə
islam dünyasının
həmrəyliyinin gücləndirilməsi
üçün bir sıra mühüm tədbirlərinin keçirildiyini
demişdir. Natiq bu ilin fevralında
"Bakı - İslam
Mədəniyyətinin Paytaxtı
- 2009" mədəniyyət ilinin təntənəli açılış mərasimində
Prezident İlham Əliyevin iştirakını
xüsusi vurğulamışdır.
Demişdir ki, keçirilən tədbirlər
islam ölkələrinin
həmrəyliyinə töhfə
verəcəkdir. Baş
direktor İSESKO ilə
Azərbaycan arasında
əlaqələrin yüksək
səviyyədə olduğunu,
birgə çoxsaylı
proqramlar həyata keçirildiyini vurğulamışdır.
2015-ci ildən
2024-cü ilədək İslam
mədəniyyətinin paytaxt
şəhərlərinin müəyyənləşdirilməsi
üçün verilən
təkliflər müzakirə
edilmişdir. Naxçıvan
şəhərinin 2018-ci ildə
İslam mədəniyyətinin
paytaxtı seçilməsi
təsdiq olunmuşdur.
Konfransda Ermənistanın
işğalı nəticəsində
Azərbaycan abidələrinin
dağıdılması İSESKO-nun
qətnaməsinə daxil
edilmişdir. Dağlıq Qarabağdakı abidələrin
dağıdılmasının araşdırılması ilə
bağlı İSESKO-da
xüsusi komitə yaradılması, İslam
Ölkələri Mədəniyyət
Nazirlərinin 7-ci Konfransının
2011-ci ilin oktyabr ayında Əlcəzairin Klemsan şəhərində
keçirilməsi qərara
alınmışdır.
Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 7.