Bakıda MDB ölkələrinin
II Beynəlxalq Bank Konfransı
Oktyabrın 14-16-sı Bakıda "MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi" mövzusunda
II Beynəlxalq Bank Konfransı keçirilir.
Konfransda MDB İcraiyyə
Komitəsinin sədri
S.Lebedev, Azərbaycan Mərkəzi Bankının
baş direktoru X.Abdullayev, Azərbaycan Beynəlxalq Bankının
idarə heyətinin sədri C.Hacıyev, MDB-nin Maliyyə-Bank Əlaqələndirmə
Şurasının sədri
A.Kazakov, habelə Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Türkmənistan, Moldovanın aparıcı
banklarının başçıları
iştirak edirlər.
Konfransın ilk
günündə dünya
maliyyə bazarlarının
qeyri-stabilliyi şəraitində
MDB iştirakçı dövlətlərin
bank sistemlərinin davamlılığı, Milli
Bank sistemlərinin hazırkı vəziyyəti,
bank sektorunda böhran təzahürlərinin
aradan qaldırılmasında
dövlət orqanlarının
rolu, MDB bank sektorunda vaxtı keçmiş borclar problemi və kredit portfellərinin keyfiyyətinin artırılması
yolları, MDB ölkələrinin
bank institutlarının
kapitallaşmasının yüksəldilməsi
perspektivləri və
sair aktual mövzularda müzakirələr
aparılmışdır.
MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil
olunmuş konfransın
gedişində mətbuat
konfransı keçirilmiş,
jurnalistləri maraqlandıran
suallar cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 8.