Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin İcra Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15- İran İslam Respublikası Prezidentinin İcra Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı İran Prezidentinin İcra Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayinin Azərbaycana səfərinin münasibətlərimizin hazırkı vəziyyəti perspektivləri barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini vurğuladı. Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən Prezident İlham Əliyev bu səfərin səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

İsfəndiyar Rəhim Məşayi İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına Azərbaycan xalqına çatdıraraq İran Prezidentinin məktubunu Prezident İlham Əliyevə təqdim etdi.

Məktuba görə təşəkkür edən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, məktubda qeyd olunan vacib məqamlar əməkdaşlığımızı gələcəkdə gücləndirəcəkdir.

Dövlətimizin başçısı İran Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 2.