Xarici İşlər Nazirliyində
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov oktyabrın 15-də ölkəmizdə
səfərdə olan Litvanın xarici işlər nazirinin
müavini Evaldas İqnataviçusla
görüşmüşdür.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tərəflər
Azərbaycan ilə Litva arasındakı münasibətlərin
cari vəziyyəti, mövcud və perspektiv layihələr ətrafında
fikir mübadiləsi aparmışlar. Ölkələrimiz
arasındakı əlaqələrin intensivləşdirilməsi
üçün geniş potensialın olduğu xüsusi
vurğulanmışdır.
Görüşdə, həmçinin
birgə maraq kəsb edən ikitərəfli, regional və
qlobal məsələlər ətrafında da fikir mübadiləsi
aparılmışdır.
* * *
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov
Qətər Dövlətinin mədəniyyət, incəsənət
və irs naziri Hamad əl-Kavari ilə
görüşmüşdür.
Hamad əl-Kavari
Bakıda iştirak etdiyi İslam Konfransı Təşkilatının
Mədəniyyət Nazirlərinin VI konfransının
işini yüksək qiymətləndirərək belə tədbirlərin
ölkələr arasında mədəniyyət sahəsində
münasibətlərin inkişafına gözəl şərait
yaratdığını
demişdir.
Qətər Dövləti ilə
Azərbaycan arasında sıx əlaqələrin
mövcudluğunu qeyd edən qonaq mədəniyyətin
xalqlarımızın bir-biri ilə daha yaxın olmasında
xüsusi rol oynadığını da
vurğulamışdır.
Nazir E.Məmmədyarov
ölkələrimiz arasında siyasi sahədə münasibətlərin
yüksək səviyyədə olduğunu və bu vəziyyətin
digər, o cümlədən iqtisadiyyat, mədəniyyət
sahələrinə şamil edilməsinin vacibliyini
demişdir.
Mədəniyyət, adət-ənənələr
xalqları birləşdirən amillərdən biri
olduğunu söyləyən nazir E.Məmmədyarov İslam
ummasında bu sahədə birlik nümayiş etdirilməsi zəruriliyini
də vurğulamışdır.
Görüşdə Yaxın
Şərq və Cənubi Qafqaz bölgələrində, həmçinin
beynəlxalq aləmdə cərəyan edən proseslər ətrafında
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 16 oktyabr.- S.3.