Azərbaycanın Dövlət bayrağına
hörmətsizlik edilməsi
ilə əlaqədar
Türkiyəyə rəsmi
etiraz bildirilmişdir
Oktyabrın 15-də Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin Bakıdakı səfirliyinin
müvəqqəti işlər
vəkili Nihat Civaneri Xarici İşlər Nazirliyinə
dəvət etmişdir.
Nazirliyin mətbuat
xidmətindən demişlər
ki, görüşdə
cari il oktyabrın
14-də Türkiyənin
Bursa şəhərində
keçirilmiş Türkiyə-Ermənistan futbol oyunu əsnasında Azərbaycan Respublikasının
Dövlət bayrağına
hörmətsizlik edilməsi
ilə əlaqədar
rəsmi etiraz bildirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 3.