Konfrans iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar

 

Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının iştirakçıları oktyabrın 15- Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun tarixi məqsədləri barədə məlumat verildi.

Ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən ekspozisiyalar, dahi şəxsiyyətin dünyanın məşhur siyasi dövlət xadimləri, tanınmış elm, mədəniyyət incəsənət adamları ilə görüşlərini xatırladan fotoşəkillər, ümummilli liderin uşaqlıq illəri, orta ali məktəblərdə nümunəvi nizam-intizamı ilə fərqləndiyini əks etdirən sənədlər, haqqında yazılmış kitablar, Heydər Əliyev Fondunun web-saytı, beynəlxalq əlaqələri, həyata keçirdiyi layihələrlə tanışlıq qonaqlarda böyük maraq doğurmuşdur.

Bildirilmişdir ki, fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək təbliğ etməkdən, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycanın mədəniyyəti tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Ancaq bununla birlikdə fond genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin vəsiyyətlərinin reallaşmasına öz töhfəsini verir.

Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.

Qonaqlar fondun Xatirə kitabına ürək sözlərini yazdılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 3.