II Beynəlxalq Bank
Konfransı başa çatdı
Bakıda keçirilən
"MDB-nin maliyyə və bank sistemlərinin
dayanıqlığının yüksəldilməsi" mövzusunda
II Beynəlxalq Bank Konfransı öz işini yekunlaşdırmışdır.
MDB-nin Maliyyə-Bank Əlaqələndirmə
Şurasının sədri
A.Kazakov demişdir ki, maraqlı çıxışlar, səmərəli
təkliflər və
müzakirələrlə bol
olan konfransın işini məhsuldar hesab etmək olar. Birlik ölkələrində
maliyyə sahəsini dirçəltmək və
gələcəkdə də
ola biləcək mənfi halların qarşısını almaq
üçün xüsusi
ehtiyat fondları yaradılmalıdır. Buna
isə ən azı 200-300 milyard dollar vəsait lazımdır.
Konfransın sonunda yekun sənəd qəbul edilmişdir. Sənəd tam hazır olduqdan sonra MDB ölkələrinin
dövlət başçılarına
təqdim olunacaqdır.
Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 7.