Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına Vyetnam xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Çox şadam ki, son illərdə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafı davam edir.

Əminəm ki, Vyetnam ilə Azərbaycan arasında bu tarixi əlaqələrə əsaslanan əməkdaşlığı xalqlarımızın mənafeyi naminə daha da möhkəmlətmək və genişləndirmək üçün əlverişli şərait vardır.

Azərbaycana firavanlıq, Azərbaycan xalqına səadət arzulayıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali vəzifənizdə böyük uğurlar diləyirəm.

 

 

Nquyen MİN ÇİYET,

Vyetnam Sosialist Respublikasının Prezidenti

Hanoy

 

Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 2.