Beynəlxalq konfransın iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişlər

 

Bakıda keçirilən "Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu" elmi-praktiki konfransının iştirakçıları oktyabrın 16-da Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Jurnalistlərə müsahibə verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə demişdir ki, MDB ölkələrindən, Türkiyə, Avstraliya, Amerika Birləşmiş Ştatlarından çoxsaylı nüfuzlu alimlərin iştirak etdiyi konfransda maliyyə şəffaflığının təmin edilməsi maliyyə resurslarından istifadə prosesində risklərin azaldılması məsələləri ön plana çəkiləcəkdir. Hesablama Palatasının son illərdəki fəaliyyəti, maliyyə sisteminin təkmilləşdirilməsi, bank, maliyyə vergi sektorlarında aparılan islahatlar, şəffaflığın artırılması məsələləri müzakirə ediləcəkdir.

 

 

Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 5.