Bakıda Mərakeş sənət sərgisi açılmışdır

 

Oktyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri" çərçivəsində Mərakeş sənət sərgisi açılmışdır.

Bu münasibətlə təşkil olunmuş tədbirdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan ilə Mərakeş Krallığı arasındakı əlaqələrin əhəmiyyətindən danışmışdır.

Respublikamızda Mərakeş Krallığının mədəniyyət günlərinin maraq doğurduğunu qeyd edən nazir müavini bildirmişdir ki, sərgidə 40-dək rəsm, 20-dən çox foto nümunələri nümayiş etdirilir.

Ölkələrimizin incəsənət nümunələri arasında oxşarlıqlar olduğunu qeyd edən Mərakeşin Bakıdakı səfiri Həsən Hami əlaqələrimizin genişlənəcəyinə əminliyini vurğulamışdır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 5.