Azərbaycan ilə Litva arasında iqtisadi, siyasi əlaqələr yüksələn xətlə
inkişaf edir
Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin
sədri Valeh Ələsgərov ölkəmizdə
səfərdə olan
Litva xarici işlər nazirinin müavini Evaldas İqnataviçus ilə görüşmüşdür.
V.Ələsgərov
Milli Məclisin strukturu, fəaliyyəti, beynəlxalq əlaqələri,
ölkəmizdə həyata
keçirilən iqtisadi
islahatlar, neft strategiyası, Dağlıq
Qarabağ münaqişəsi
və digər məsələlər barədə
qonağa ətraflı
məlumat vermişdir. O, Azərbaycan
ilə Litva arasında münasibətlərin
inkişafı üçün
böyük potensialın
mövcud olduğunu vurğulamış və
həyata keçirilən
müştərək layihələrdən
söhbət açmışdır.
Bildirmişdir ki, Azərbaycan ilə Litva arasında iqtisadi, siyasi əlaqələr yüksələn
xətlə inkişaf
edir.
Səmimi görüş
üçün minnətdarlığını
bildirən Evaldas İqnataviçus ölkəmizin
onda xoş təəssürat yaratdığını
və burada gedən inkişafdan məmnun qaldığını
qeyd etmişdir. Qonaq ölkələrimiz arasındakı əlaqələrin
mövcud durumundan razılığını bildirmiş
və bunun gələcəkdə daha
da genişlənəcəyinə
əminliyini ifadə etmişdir.
Söhbətdə tərəfləri
maraqlandıran digər
məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 5.