"İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi
(AICT-2009)" mövzusunda III beynəlxalq konfrans başa çatmışdır
Qafqaz Universitetində
"İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi
(AICT-2009)" mövzusunda keçirilən
III beynəlxalq konfrans
oktyabrın 16-da başa
çatmışdır.
Təhsil, Rabitə
və İnformasiya Texnologiyaları nazirlikləri,
Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu,
ABŞ-ın Mühəndislik
Assosiasiyası (IEEE) tərəfindən
keçirilən tədbirdə
Azərbaycan, ABŞ, Türkiyə,
Hindistan, Rusiya, İran, İsveç, Rumıniya və digər ölkələrdən
olan alim və mütəxəssislər iştirak
etmişlər.
Ayrı-ayrı bölmələrdə müxtəlif
mövzularda 100-dək
məruzə dinlənilmişdir.
Məruzələrdə müasir dünyada informasiya-kommunikasiya
texnologiyalarının mühüm
rolu qeyd edilmiş, İKT-nin ayrı-ayrı sahələrdə tətbiqi,
bu istiqamətdə aparılan tədqiqatlar geniş müzakirə olunmuşdur.
Tədbirdə 2011-ci ildə
informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi ilə bağlı IV beynəlxalq
konfransın da Bakıda keçirilməsi
qərara alınmışdır
Azərbaycan.- 2009.- 17oktyabr.- S. 5.