Yeniyetmələrin VI Beynəlxalq Elm
Olimpiadasında iştirak
etmək üçün
artıq 45 ölkə
müraciət etmişdir
Dekabrda Bakıda keçirilməsi nəzərdə
tutulan Yeniyetmələrin
VI Beynəlxalq Elm Olimpiadasında iştirak etmək üçün artıq 45 ölkə müraciət etmişdir.
Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, Olimpiadaya hazırlıq məqsədi ilə artıq tədbirin keçirilməsinə məsul
qurumların nümayəndələrinin
iştirakı ilə
işçi qrup yaradılmışdır.
İştirakçılar üçün
yerli mütəxəssislər
tərəfindən fizika,
kimya və biologiya fənləri üzrə test, nəzəri və təcrübə tapşırıqları
hazırlanmışdır. Təcrübə üçün
avadanlıq xarici ölkələrin şirkətlərindən
sifariş verilmişdir.
Olimpiadada iştirak edəcək xarici tələbələr, müəllimlər,
müşahidəçilər üçün Azərbaycan
tarixi və mədəniyyəti ilə
tanışlıq üçün
6 səyahət marşrutu
seçilmişdir.
Qonaqların müşahidəsi
üçün 100-dək
ingilisdilli könüllü
müəyyənləşdirilib və onlar üçün
əlavə hazırlıq
keçirilmişdir.
Qeyd edək ki, dünyanın 50-dən çox ölkəsindən 15 yaşlı
yeniyetmələrin qatılacağı
olimpiadada suallar ingilis dilində olacaq və iştirakçılar eyni
vaxtda fizika, kimya və biologiya
fənləri üzrə
qələbə uğrunda
mübarizə aparacaqlar.
AzərTAc
Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 7.