Ermənilərin Dağlıq Qarabağa
olan iddiaları əsassızdır
Atatürk Mərkəzində
Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə dəstəyi
ilə Müstəqil
Araşdırmaçı Jurnalistlər
Liqasının həyata
keçirdiyi "Azərbaycanın
Dağlıq Qarabağ
bölgəsində yaşayan
əhalinin işğalaqədərki və işğaldan sonrakı dövrdə sosial-iqtisadi durumu" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilmişdir. Tədbirdə
Qafar Çaxmaqlının
"Dağlıq Qarabağ:
işğaldan əvvəl
və sonra" kitabı və "Karabakhconfilict.com"
saytı oxuculara təqdim olunmuşdur.
Tədbiri Azərbaycan
Jurnalistlər Birliyinin
baş katibi Ramiz Əsgər açaraq bildirmişdir ki, ermənilərin apardığı yalançı
təbliğata əsasən,
guya Dağlıq Qarabağda yaşayan erməni əhalisi Azərbaycanın tərkibində
olarkən daim basqılarla üzləşmişdir. Kitabda erməni ideoloqlarının
saxta tezisləri tutarlı faktlarla təkzib edilir, onların separatçı
məqsədlərdən irəli
gəldiyi sübut olunur. Bunun üçün
təşkilat tərəfindən
jurnalist araşdırmaları
aparılmış, sahə
mütəxəssislərinin iştirakı ilə
"dəyirmi masa"lar keçirilmiş, toplanan materiallar təşkilatın yaratdığı
"www. "Karabakhconfilict.com" saytında yerləşdirilmişdir.
Eyni zamanda bu məqsədlə "Dağlıq Qarabağ: işğaldan əvvəl
və sonra" adlı kitab hazırlanaraq nəşr edilmişdir.
Kitabda Qarabağın
tarixindən, ermənilərin
bölgəyə köçürülməsi
prosesindən bəhs olunur, onların Dağlıq Qarabağa olan iddialarının əsassızlığı tarixi
sənəd və dəlillərlə oxuculara
çatdırılır, regionun
işğaldan əvvəlki
dövrə təsadüf
edən həyat tərzi, sosial-iqtisadi inkişafının
bir sıra aspektləri faktların dili ilə açıqlanır,
Dağlıq Qarabağın
bugünkü acınacaqlı
durumu ilə bağlı inandırıcı
dəlillər irəli
sürülür, separatçı
rejimin bu torpaqların yeraltı və yerüstü sərvətlərini, maddi
və mədəni abidələrini
talan etməsindən danışılır.
Politoloqlardan M.Əhmədli,
O.Ataxan və başqaları tədbirdə
çıxış edərək
görülən işi
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
sahəsində atılan
müsbət və əməli bir addım kimi dəyərləndirdilər.
Eldar NƏSİBLİ
Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 8.