Polşa Prezidenti Polşa-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın bir qrup vəzifəli şəxsini təltif etmişdir

 

Oktyabrın 16-da Polşanın Bakıdakı səfirliyində Polşa Prezidentinin Polşa-Azərbaycan münasibətlərinin inkişafına göstərdikləri xidmətlərə görə Azərbaycanın bir qrup vəzifəli şəxsinə mükafatların təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bir sıra mətbu orqanlarda mükafat alanların adları vəzifələri düzgün göstərilməmişdir.

Nazirlikdən bildirilir ki, Polşa Prezidentinin sərəncamı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, sənaye energetika naziri Natiq Əliyev "Komandor" ordeni, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Prezident Administrasiyasının protokol xidmətinin rəisi Elçin Bağırov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, XİN-in birinci ərazi idarəsinin rəisi Rəhman Mustafayev, dövlət protokol idarəsinin rəisi Pərvin Mirzəzadə, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev "Kavaler" ordeni, daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, xarici işlər nazirinin müavini Xələf Xələfov "Böyük zabit" ordeni, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə isə "Qızıl Xaç" ordeni ilə təltif olunmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 1.