Avropa Ədalətli
Oyunlar Hərəkatının
Bakıda keçirilən
15-ci konqresi və Baş Assambleyası başa çatmışdır
Avropa Ədalətli
Oyunlar Hərəkatının
Bakıda keçirilən
15-ci konqresi və Baş Assambleyası işini yekunlaşdırmışdır.
Beş gün davam edən tədbirdə 24 ölkənin
Ədalətli Oyunlar Komissiyalarının, habelə
beynəlxalq qurumların
nümayəndələri iştirak
etmişlər. Konfransın
əsas müzakirə
mövzusu idman yarışlarının ədalətlə
idarə edilməsi, bu sahədə təcrübə mübadiləsinin
həyata keçirilməsi
olmuşdur.
Oktyabrın 17-də Ədalətli Oyunlar Hərəkatının Baş
Assambleyasının iclası
keçirilmişdir. İclasda
əməkdaşlığın gələcək perspektivlərini
özündə əks
etdirən Bakı Bəyannaməsi qəbul edilmişdir.
Avropa Ədalətli
Oyunlar Hərəkatının
bayrağı gələn
il konqresin təşkilatçısı olacaq
Çexiyanın nümayəndəsinə
verilmişdir.
Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 2.