Qız qalası
Azərbaycan xarici ölkə vətəndaşlarını
həmişə tarixi
abidələrinin gözəlliyi,
qədimliyi ilə heyrətləndirir. Bu abidələr içərisində
Qız Qalası fərdiliyi ilə seçilir. Abidə İçərişəhərin cənub-şərqində
ucaldılıb. Mütəxəssislərin
fikrincə, qala iki mərhələdə
tikilib. Qız Qalasının hündürlüyü
29,5, diametri 16,5, divarların
aşağı hissəsinin
qalınlığı 5, yuxarı
hissənin qalınlığı
isə 4 metrdir. Qalanın 8 mərtəbəsinin
hər biri dairəvi daş kəsiyi olan açıq günbəzlə
örtülüb və
mərtəbələrarası əlaqələr divarların
içərisində hörülmüş
pillələr vasitəsilə
saxlanılır. Qalaya
gün işığı
içəriyə doğru
genişlənən mazğal
tipli oyuqlardan düşür. Qalada içərisində diametri
30 santimetr olan saxsı boru salınmış, divar oyuqları düzəldilmişdir,
həmçinin daxilində
su qatlarına qədər dərinliyi 21
metr olan tapılmış quyu var ki, onun
da ağzı üçüncü mərtəbəyə
açılır. Qala
həmçinin tarixi
muzey kimi də fəaliyyət göstərir. Burada ən qədim dövrə aid olan saxsı qablar, soyuq silah
kimi istifadə olunan qılınc, qalxan, xəncər, nizə, tarixi şəkillər nümayiş
etdirilir. Qalada olan xarici qonaqlar
eksponatlardan Azərbaycanın
necə qədim tarixə malik olması haqqında azacıq da olsa məlumat alırlar.
Ülviyyə VAHİDQIZI
Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 6.