Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına rəsmi səfəri

 

Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Berndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin mətbuat konfransı olmuşdur.

Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etmişlər.

 

İsveçrə Prezidenti Hans-Rudolf Mertsin bəyanatı

 

- Xanımlar cənablar sizi salamlayıram.

Mən böyük məmnuniyyətlə şərəf hissi ilə İsveçrəyə rəsmi səfərə gəlmiş zati-aliləri Azərbaycan Prezidentinə, onu müşayiət edən üç nazirə digər mühüm iştirakçılara "Xoş gəlmisiniz" deyirəm.

İki ölkə arasında bir çox oxşarlıqlar vardır. Birincisi, onlar müxtəlif mentalitetlərin dillərin qovuşduğu məkanda yerləşir. Hər iki ölkə siyasi iqtisadi sahələrdə müstəqillik sabitlik uğrunda mübarizə aparır. Bunları nəzərə alaraq, biz sıx təmaslar qurmuşuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həmin əlaqələri möhkəmləndirməyə başlamışıq. Azərbaycan da İsveçrə kimi, heç bir hərbi təşkilat ya ittifaqda iştirak etmir.

Digər tərəfdən, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən Beynəlxalq Valyuta Fondunda əməkdaşlıq edir. Azərbaycan İsveçrənin bu təşkilatda sədrlik etdiyi mühüm qrupun üzvüdür.

Bu gün biz bir sıra məsələləri müzakirə etdik. Nəzərə alsaq ki, əlaqələrimiz artıq təşəkkül tapmışdır, münasibətlərimizi bundan sonra da möhkəmləndirməli dərinləşdirməliyik. Mədəniyyət sahəsinə gəldikdə, bu axşam Berndə rəsmən açılışı olacaq İsveçrədə Azərbaycan Mədəniyyət Günlərini səbirsizliklə gözləyirik. İqtisadiyyatlarımızın, iqtisadi münasibətlərimizin inkişafı bizim üçün vacibdir. Məsələn, enerji sahəsində birliyimiz vardır. Miqrasiya sahəsində danışıqlar davam edir.

Başqa sözlə desək, ölkələrimiz arasında problem yoxdur. Bizim aramızda dostluq vardır. Biz bu gün səhər görüşlərimizi bu ruhda keçirdik ölkələrimiz arasında əlaqələrimizi eyni tərzdə inkişaf etdirmək əzmindəyik. Bu sözləri söyləyərək, cənab Prezident, mən Sizi ölkəmizdə bir daha səmimi qəlbdən salamlayıram.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 1.