İsveçrə Kantonlar Şurasının sədri Alain Berset ilə görüş

 

İsveçrədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Alain Berset ilə görüşmüşdür.

Azərbaycan ilə əlaqələrin əhəmiyyətinə toxunan Alain Berset dedi ki, İsveçrə parlamentində Azərbaycan üzrə parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Bu qrupun fəaliyyəti əlaqələrimizin intensivləşdiyindən xəbər verir. Parlamentlərarası münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Alain Berset hökumətlərarası dövlətlərarası münasibətlərin inkişaf etdiyini bildirdi.

İsveçrədə keçirilən Azərbaycan günlərinin əhəmiyyətinə toxunan Kantonlar Şurasının sədri dedi ki, bu cür tədbirlər bir-birimiz haqqında məlumatları genişləndirir.

Prezident İlham Əliyev dedi ki, əlaqələrimiz çoxşaxəlidir müxtəlif sahələr üzrə irəliləyişlər vardır. Azərbaycan Milli Məclisində İsveçrə üzrə dostluq qrupu fəaliyyət göstərir ölkəmiz parlamentlərarası əlaqələrə böyük əhəmiyyət verir.

Dövlətimizin başçısı bildirdi ki, hökumətlərarası münasibətlər yaxşı səviyyədədir. Keçən il İsveçrə Prezidentinin Azərbaycana, indi isə Azərbaycan Prezidentinin İsveçrəyə səfəri əlaqələrimizi daha da möhkəmləndirir. Son illərdə münasibətlərimizin inkişafında sürətli dinamika vardır ki, bu da hər iki tərəfin maraqlarına cavab verir.

Azərbaycan Prezidenti iqtisadi münasibətlərin inkişaf etdiyini, bu sahədə qarşılıqlı maraqlar əsasında yeni layihələrin həyata keçirildiyini qeyd etdi ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev İsveçrədə keçirilən Azərbaycan günlərinin əhəmiyyətini qeyd etdi bildirdi ki, ölkələrimiz haqqında məlumatlar daha da çox olmalıdır.

Görüşdən sonra Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 1.