Rəsmi qarşılanma
mərasimi
Oktyabrın 19-da İsveçrədə
rəsmi səfərdə
olan Azərbaycan Prezidenti İlham Əliyevin Berndə rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və İsveçrənin dövlət
bayraqlarının dalğalandığı
meydanda dövlətimizin
başçısının şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi İsveçrə
Prezidenti Hans-Rudolf Merts qarşıladı.
İsveçrənin dövlət
və hökumət nümayəndələri Azərbaycan
Prezidentinə, Azərbaycan
nümayəndə heyətinin
üzvləri İsveçrə
Prezidentinə təqdim
olundu.
Hərbi orkestrin ifasında Azərbaycanın
və İsveçrənin
dövlət himnləri
səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezidentlər rəsmi foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 1.