Geniş tərkibdə
danışıqlar
Rəsmi qarşılanma
mərasimindən sonra
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti
Hans-Rudolf Mertsin nümayəndə heyətlərinin
iştirakı ilə
geniş tərkibdə
görüşü olmuşdur.
Prezident Hans-Rudolf Merts bildirdi ki, həm dövlət
başçıları səviyyəsində,
həm də digər səviyyələrdə
intensiv əlaqələrimiz
vardır. Parlamentlərarası
qruplar əlaqələrimizin
daha da dərinləşməsinə
xidmət edir.
İsveçrədə keçirilən
Azərbaycan mədəniyyət
günlərinin əhəmiyyətinə
toxunan Hans-Rudolf Merts dedi ki,
bu cür tədbirlər xalqlarımızı
bir-birinə daha da yaxınlaşdırır.
İqtisadi sahədə
əlaqələrin sürətlə
inkişaf etdiyini diqqətə çatdıran
İsveçrə Prezidenti
bildirdi ki, energetika sahəsində əməkdaşlığımız genişlənir, qeyri-enerji
sektorunda da layihələrimiz vardır.
İsveçrə dövlətinin
başçısı alternativ
enerji sahəsində də əməkdaşlığın
inkişafının əhəmiyyətinə
toxundu, ölkələrimiz
arasında ticarət dövriyyəsinin artdığını
bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, onun
İsveçrəyə rəsmi
səfəri əlaqələrimizin
genişlənməsinə xidmət edir.
Ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın
sürətlə inkişaf
etdiyini, bu sahədə geniş potensialın olduğunu deyən Prezident İlham Əliyev güclü siyasi əlaqələrimizin mövcudluğunu
diqqətə çatdırdı.
Dövlətimizin başçısı
dedi ki, enerji sahəsində əməkdaşlığımız uğurla gedir, qeyri-enerji sahəsində yaxşı
imkanlar vardır və bunu inkişaf
etdirmək lazımdır.
Prezident İlham
Əliyev İsveçrədə
Azərbaycan mədəniyyət
günlərinin əhəmiyyətini
vurğuladı. Dövlətimizin
başçısı ikitərəfli
və regional məsələlərlə bağlı
siyasi məsləhətləşmələrin
bundan sonra da davam etdirilməsinin
əhəmiyyətinə toxundu.
Görüşdə ikitərəfli
münasibətlər, regional
əməkdaşlıq və
beynəlxalq məsələlərlə
bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 2.