Bern şəhəri ilə tanışlıq

 

 İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva oktyabrın 19-da Bern şəhər meriyasında olmuşlar.

Şəhərin meri Aleksander Çeppet İsveçrənin paytaxtı Bernin tarixi bugünü haqqında ətraflı məlumat verdi. Bildirildi ki, Bern İsveçrənin ictimai-siyasi mədəni həyatında mühüm rol oynayır.

Meriyada Azərbaycan Prezidenti İlham Əliyevə xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim olundu.

Azərbaycan Prezidenti xanımı Bern şəhər meriyasının fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Sonra Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva Bern şəhərinin meri Aleksander Çeppetin müşayiəti ilə şəhəri gəzdilər.

İsveçrə paytaxtının tarixi memarlıq abidələri ilə zəngin hissəsinə gələn Azərbaycan Prezidenti xanımı "Münster" kilsəsində oldular.

Bildirildi ki, XVI əsrdə inşa olunan bu tarixi abidə dövlət tərəfindən memarlıq incisi kimi qorunur. Bu, İsveçrədə mövcud olan ən böyük kilsələrdən biridir.

Daha sonra Azərbaycan Prezidenti xanımı Albert Eynşteynin ev-muzeyi ilə tanış oldular. Ömrünün bir hissəsini bu mənzildə keçirən məşhur alim, nisbilik nəzəriyyəsinin banisi Eynşteynin şəxsi əşyaları burada etibarla qorunur.

Şəhərlə tanışlıq zamanı dövlətimizin başçısı xanımı paytaxtdakı saat qülləsinin önünə gəldilər.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva burada xatirə şəkli çəkdirdilər. Qüllə ilə tanışlıq zamanı bildirildi ki, Bernə xüsusi yaraşıq verən bu tarixi abidə XVI əsrin birinci yarısında inşa olunmuşdur. İsveçrə paytaxtına gələn turistlərin diqqətini daha çox çəkən bu tarixi məkan qədim Bernin rəmzlərindən biridir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 2.