İsveçrədə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı

 

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Hörmətli xanım Əliyeva!

Zati-aliləri!

Xanımlar cənablar!

İlk baxışda İsveçrə ilə Azərbaycan arasında çox xırda oxşarlıqlar müşahidə oluna bilər. Lakin əgər siz təfərrüatlara varsanız daha dərin nəzər yetirsəniz, iki ölkə arasında paralel olan bir çox xətləri görə bilərsiniz. Onların hər ikisi sivilizasiyaların qovuşduğu yerdə yerləşən ölkələrdir. Azərbaycan Şərq ilə Qərbin, dinlərin mədəniyyətlərin qovuşuğunda yerləşir. İsveçrə isə Avropanın mərkəzində, bir çox yolların kəsişdiyi yerdə yerləşir. Burada bir çox dillər, mentalitetlər dinlər bir-biri ilə qovuşur. Hər iki ölkədə dağlar vardır. Hər iki ölkənin düzənlikləri vardır. Hər iki ölkədə siyasi vəziyyət sabitdir. Hər iki ölkə müstəqillik uğrunda mübarizə aparıb onu hazırda möhkəmləndirir.

Buna görə, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi faydalı olardı. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. İsveçrə Azərbaycanda öz diplomatik nümayəndələyini açmışdır. İqtisadi sahəyə gəldikdə, bilirik ki, son bir neçə il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Münasibətlərimiz bir çox sahələrdə inkişaf edib bu günlərdə dərinləşməkdədir.

Lakin burada çatışmayan bir element vardır. O, mədəniyyət sahəsidir. Buna görə, bu axşam burada olmağımdan münasibətlərimizə yeni sahəni əlavə etməkdən olduqca məmnunam. Mədəniyyət sahəsindəki əlaqələrimiz uzun tarixi olan zəngin mədəniyyətə, adət-ənənələrə əsaslanır. Biz Azərbaycan mədəniyyəti ilə İsveçrədə növbəti həftələr ərzində geniş tanış olacağıq. Mən bu tədbir münasibətilə bütün təşkilatçıları səmimi qəlbdən təbrik etmək istəyirəm. Sizin hamınıza xoş axşam arzulayıram. Bu tədbirə gəlmiş şəxslərə, xüsusən Sizə, cənab Prezident, İsveçrəyə etdiyiniz səfərə görə dərin minnətdarlığımı bildirirəm. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S.2.