İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada

 

Hörmətli cənab Prezident!

Ölkənizdə törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldıq.

Biz bu hadisədən son dərəcə hiddətlənir, bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

19 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 3.