İspaniya Kralı Azərbaycan
Respublikasının səfirini
qəbul etmişdir
Azərbaycan
Respublikasının İspaniya Krallığındakı səfirliyindən
bildirmişlər ki, İspaniya Kralı I Xuan Karlos və
Kraliça Sofiya iqamətgahları - Zarzuela Sarayında
ölkəmizin səfiri Məmməd Əliyevi qəbul
etmişlər.
Qəbul zamanı səfir
M.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın səmimi
salamlarını, xoş arzularını İspaniya Kralına
və Kraliçaya çatdırmışdır.
Azərbaycanı daha
geniş şəkildə tanıtmaq məqsədilə Heydər
Əliyev Fondu tərəfindən hazırlanmış nəfis
albomlar və "Qarabağ xanəndələri" toplusu
Kral I Xuan Karlosa və Kraliça Sofiyaya hədiyyə
edilmişdir.
Kraliça Sofiya Fondunun
prezidenti - İspaniya Kraliçası Sofiya Heydər Əliyev
Fondunun fəaliyyəti ilə maraqlanmış və fondun
prezidenti Mehriban xanım Əliyevaya səmimi
salamlarını, xoş diləklərini
çatdırmağı xahiş etmişdir.
Azərbaycanı və
Cənubi Qafqazı görməyi çox arzu etdiyini söyləyən
İspaniya Kralı I Xuan Karlos Azərbaycan Prezidenti İlham Əliyevə
ən səmimi arzularını və salamlarını
çatdırmağı səfirdən xahiş etmişdir.
Qəbulun sonunda
İspaniya Kralı I Xuan Karlos və
Kraliça Sofiya tezliklə ölkəmizi ziyarət etmək istədiklərini və Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın İspaniyanı ziyarət
etmələrini arzu etdiklərini bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 3.