Birləşmiş Millətlər Təşkilatından Azərbaycana minnətdarlıq

 

BMT Baş katibinin idarəetmə məsələləri üzrə müavini Ancela Keyn bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı sülhməramlı əməliyyatlara qurumun maliyyələşdirilməsinə verdiyi töhfəyə görə Azərbaycana minnətdardır. Hazırda BMT-nin daimi büdcəsi, tribunal kapital fondları dolmaqdadır. Lakin üzvlük haqqını tam ödəyən ölkələrin sayı bu il bir qədər azalmışdır. Məsələn, Ermənistan BMT-nin builki sülhməramlı əməliyyatlar üçün ödəmələrinin bir hissəsini hələ keçirməmişdir.

Oktyabrın 13-ə olan vəziyyətə görə, sülhməramlı əməliyyatlar üçün ödənilməmiş ümumi məbləğ 2,1 milyard dollar təşkil etmişdir. Bu məbləğ ötənilkinə nisbətən 763 milyon dollar azdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 6.