Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin enerji, nəqliyyat, kommunikasiya ətraf mühit üzrə federal müşaviri Morits Leuenberger ilə görüşmüşdür

 

İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin enerji, nəqliyyat, kommunikasiya ətraf mühit üzrə federal müşaviri Morits Leuenberger ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıldı. Bu sahədə gələcək əlaqələrin daha da genişlənməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

Görüşdə, eyni zamanda, bərpa olunan alternativ enerji mənbələri sahəsində əməkdaşlıqla bağlı imkanların öyrənilməsi ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 aoktyabr.- S. 2.