Strasburqda fransız
dilində Azərbaycanla
bağlı radio
Oktyabrın 18-də Strasburqda fransız dilində Azərbaycanla bağlı radio verilişi səslənmişdir.
Bu şəhərdə
fəaliyyət göstərən
"Azərbaycan evi"nin təşkilatçılığı
ilə efirə getmiş ikisaatlıq verilişin əvvəlində
SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş ölkəmizin son illər əldə etdiyi uğurlardan, həyata keçirdiyi islahatlardan, Cənubi Qafqaz regionunda aparıcı bir dövlətə çevrilməsindən
söhbət açılmışdır.
Verilişdə türkdilli ölkələrin dövlət
başçılarının Naxçıvanda keçirilmiş
lX zirvə toplantısının türkdilli
xalqların biri-birinə daha da yaxınlaşmasında
mühüm əhəmiyyət
kəsb etməsindən
danışılmışdır.
Prezident Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin ölkə televiziyalarının
fəaliyyəti ilə
bağlı yerli mətbuatda dərc olunmuş məqaləsi geniş şərh edilmiş, verilişlərində
tamaşaçıların mənəvi zövqlərindən
uzaq mənasız şoulara yer vermiş bəzi kanalların tənqid edilməsi təqdir olunmuşdur.
Ölkəmizin zəngin
yeraltı sərvətlərinə
həsr edilmiş
"Azərbaycanda enerji:
siyasi müstəqilliyin
aləti" adlı verilişdə son illər Avropada enerji çatışmazlığının
təhlükəli vəziyyət
alması, öz enerji təhlükəsizliklərini
təmin etmək məqsədi ilə Avropa dövlətlərinin təbii ehtiyatlarla zəngin ölkələrə, o cümlədən Azərbaycana
üz tutmalarına xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə ölkəmizlə
əlaqələr yaradılmasında
Avropa dövlətlərinin
maraqlı olması barədə fransız dinləyicilərinə ətraflı
məlumat verilmişdir.
Verilişdə Türkiyə
ilə Ermənistan arasında sərhədlərin
açılmasına dair
protokolun imzalanması
və bu məsələyə Azərbaycanın
münasibətinə də
toxunulmuş, ölkəmizdə
nəşr olunan müxtəlif qəzetlərin
xülasəsi səslənmişdir.
Azərbaycana həsr olunmuş ikisaatlıq veriliş musiqi sədaları ilə müşayiət olunmuş,
xalq mahnı və rəqslərinə
xüsusi yer ayrılmışdır.
Aparıcılar - "Azərbaycan evi"nin sədri Mustafa Alınca və ona yaxından
kömək göstərmiş
tələbələrimiz Elvin
Abbasbəyli və Şahin Hüseynli verilişin maraqlı və rəngarəng olması üçün
böyük əmək
sərf etmişlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 2.