Azərbaycanla Ukrayna arasında əlaqələrin daha da
genişləndirilməsi üçün geniş imkanlar var
Oktyabrın 20-də Milli Məclis
Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və
müdafiə komitəsinin sədri Ziyafət Əsgərov
ölkəmizdə səfərdə olan Ukraynanın Sum vilayətinin
nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Ziyafət Əsgərov Azərbaycanla
Ukrayna arasında əlaqələrin çox yüksək səviyyədə
olduğunu qeyd etdi. Ziyafət Əsgərov Azərbaycan-Ukrayna
əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə
çatmasında dövlət başçılarının
siyasi iradəsini xüsusi qeyd etdi.
Görüşdə bildirildi ki,
ölkələrimiz arasında əlaqələrin daha da
genişləndirilməsi üçün geniş imkanlar var.
Dövlətlərimizin başçılarının
qarşılıqlı səfərləri zamanı
imzalanmış çoxsaylı sənədlər münasibətlərimizin
hərtəfərli inkişafı üçün möhkəm
hüquqi baza və zəmin yaradıb.
Ziyafət Əsgərov Milli Məclisin
fəaliyyəti barədə də qonaqlara ətraflı məlumat
verdi. Bildirdi ki, Milli Məclisdə formalaşdırılan ən
böyük işçi qruplarından biri Azərbaycan-Ukrayna
parlamentlərarası əlaqələr üzrədir.
Görüş və yüksək
qonaqpərvərlik üçün təşəkkürünü
bildirən Ukraynanın Sum vilayəti sovetinin sədri Vladimir
Tokar dedi ki, Ukrayna Azərbaycan ilə əlaqələrin daha
da genişləndirilməsində maraqlıdır. Səfərin
əsas məqsədi də ikitərəfli,
qarşılıqlı əməkdaşlığın daha
da genişləndirilməsi, iqtisadi, mədəni, ticarət əlaqələrinin
inkişaf perspektivinə dair fikir mübadiləsi
aparmaqdır. Nümayəndə heyəti artıq Mingəçevirdə
olub və səmərəli görüşlər
keçirib.
Azərbaycanda orta təhsil
aldığını qeyd edən Vladimir Tokar bildirdi ki,
Bakı, eləcə də Azərbaycanın bölgələri
misilsiz inkişaf edib. Ölkənin hər yerində
tikinti-quruculuq işləri həyata keçirilir. Bu, ölkənin
güclü iqtisadi inkişafından xəbər verir.
Görüşdə hər iki
ölkənin ayrı-ayrı regionları arasında əlaqələrin
inkişafının, qarşılıqı səfərlərin
intensivləşdirilməsinin vacibliyi qeyd olundu,
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 5.