Gəncədə görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirə muzeyi yaradılmışdır

 

Gəncədəki Mir Cəlal Paşayevin adını daşıyan 39 nömrəli orta məktəbdə görkəmli şəxsiyyətlərin həyat fəaliyyətlərini əks etdirən müzeylərin sırasına daha biri əlavə olunmuşdur. Bu günlərdə görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirə muzeyi yaradılmışdır.

Tədris ocağının ikinci mərtəbəsindəki otaqlardan birində yaradılmış müzeydə görkəmli alimin həyat fəaliyyətindən bəhs edən fotostendlər, Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz rola malik kitabları elmi məqalələri toplanmışdır.

Məktəbin direktoru Zakir Hüseynovun dediyinə görə, burada şagirdlərdə şərqşünaslıq elminə maraq oyatmaq məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 5.