Ulu öndərin
abidələrinin açılması
xalqımızın dahi
şəxsiyyətin xatirəsinə
ehtiramının ifadəsidir
Dövlət Müstəqilliyi
Günündə ümummilli
lider Heydər Əliyevin heykəlinin açılması rəmzi
məna daşıyır.
Bu sözləri
oktyabrın 18-də Maştağada ümummilli
lider Heydər Əliyevin heykəlinin açılışı mərasimindən
sonra jurnalistlərə
müsahibəsində YAP sədrinin
müavini - icra katibi, Milli Məclisin
deputatı Əli Əhmədov demişdir.
İcra katibi bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin
əbədi, dönməz
amilə çevrilməsi
birbaşa Heydər Əliyevin xidmətləri
ilə bağlıdır.
Bu gün qüdrəti artan müasir Azərbaycanın
bünövrəsi Heydər
Əliyev tərəfindən
qoyulmuşdur. Xalqımız
ulu öndərin misilsiz xidmətlərini unutmur. Onun xatirəsi
ölkəmizin müxtəlif
guşələrində abidələrinin
açılması ilə
qeyd edilir. Bu isə Azərbaycan
xalqının ümummilli
liderin şəxsiyyətinə
ehtiramının ifadəsidir
Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 7.