Maştağa qəsəbəsində ulu öndər Heydər Əliyevin heykəli açılmışdır
Oktyabrın 18-də
Dövlət Müstəqilliyi Günü ilə əlaqədar
Maştağada mədəniyyət və istirahət
parkında ümummilli lider Heydər Əliyevin heykəlinin
açılışı olmuşdur.
Açılış mərasimində
YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı
Əli Əhmədov, ədliyyə naziri Fikrət Məmmədov,
Milli Məclisin deputatları, qəsəbə ictimaiyyətinin
və əmək kollektivlərinin nümayəndələri,
ziyalılar, müharibə və əmək veteranları, gənclər
iştirak etmişlər.
Heykəlin üzərindəki
ağ örtüyü Əli Əhmədov və Sabunçu
Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev
götürdükdən sonra abidənin önünə əklil
qoyulmuşdur.
Açılış mərasimində
çıxış edən Əlibaba Əliyev müstəqil
Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin
xidmətlərindən danışmışdır. O
demişdir ki, ulu öndərimizin uğurlu daxili və xarici
siyasəti sayəsində bu gün Azərbaycan Respublikası
davamlı inkişaf yolundadır. Azərbaycanın ən
çətin dövründə xalqımız öz
nicatını Heydər Əliyevlə tapmışdır. Ümummilli
lider hakimiyyətə qayıtdıqdan sonra ordu
quruculuğunun, iqtisadi inkişafın təməli
qoyulmuş, müstəqilliyimiz dönməz xarakter
almışdır. Milli Məclis sədrinin birinci müavini
Ziyafət Əsgərov belə abidələrin
açılışının əhəmiyyətini qeyd
etmişdir. Onun sözlərinə görə,
respublikamızın müxtəlif yerlərində bu cür
heykəllərin ucaldılması gənclərimizin, yeniyetmələrimizin
dahi şəxsiyyəti daha yaxından tanımalarına
öz töhfəsini verir. Azərbaycanın keçdiyi
dövrə nəzər salsaq görərik ki, Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra Azərbaycanın
inkişafında yeni mərhələnin
başlanğıcı qoyulmuşdur.
Milli Məclisin
deputatı Eldar Quliyev, Maştağa Ağsaqallar Şurasının
sədri Məmmədağa
Əliyev görkəmli
dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı
əvəzsiz tarixi xidmətlərindən danışmış,
ümummilli liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük
uğurla davam etdirildiyini iftixarla vurğulamışlar.
Heykəlin müəllifi
xalq rəssamı, tanınmış heykəltəraş,
akademik Ömər Eldarovdur. Abidənin qoyulduğu mədəniyyət
və istirahət parkı təmirdən sonra tamamilə yeni görkəm almışdır. Bir hektardan artıq ərazini əhatə edən istirahət ocağında 1000-ə yaxın ağac və müxtəlif kol əkilmiş, fəvvarə quraşdırılmışdır.
Daha sonra parkın ərazisində Vətəndaşlıq Vəziyyəti
Aktlarının Dövlət
Qeydiyyat İdarəsi
Sabunçu rayon qeydiyyat şöbəsi Maştağa qəsəbə
bölməsinin yeni binasının açılışı
olmuşdur.
Ədliyyə naziri Fikrət Məmmədov və icra başçısı
Əlibaba Əliyev rəmzi açılışı
bildirən lenti kəsmişlər. Mərasim
iştirakçıları foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rayona səfərlərini əks
etdirən fotostendlə
tanış olmuşlar.
Açılış mərasimi bayram şənliyi ilə davam etmişdir.
Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 7.