Azərbaycanda İordaniya Haşimilər
Krallığının mədəniyyət
günlərinin təntənəli
açılış mərasimi
olmuşdur
Oktyabrın 20-da "Bakı-İslam Mədəniyyətinin
Paytaxtı-2009" mədəniyyət
ili çərçivəsində
Muzey Mərkəzində
İordaniya Haşimilər
Krallığının mədəniyyət
günlərinin təntənəli
açılış mərasimi
keçirilmişdir.
Açılış mərasimində
çıxış edən
Azərbaycanın mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, cari ildə İslam mədəniyyətinin
paytaxtı elan edilmiş Bakı şəhəri bir-birindən maraqlı, silsilə tədbirlərə
ev sahibliyi etmişdir.
Bu günlərdə
yekunlaşan İslam Konfransı Təşkilatının
üzvü olan dövlətlərin Mədəniyyət
Nazirlərinin VI Konfransının
tarixi əhəmiyyətinə
toxunan natiq son illər Şərq xalqlarının
mədəni irsinin öyrənilməsi istiqamətində
atılan mühüm
addımlardan danışmış,
mədəniyyət günlərinin
Azərbaycanla İordaniya
arasında əlaqələrin
inkişafına yeni töhfə verəcəyini
vurğulamışdır.
Bildirilmişdir ki,
bu günlərdə şəhərimizin sakinləri
və paytaxtımızın
qonaqları İordaniya
kino şirkətləri
tərəfindən istehsal
edilmiş filmlərə
baxacaq, bu xalqın adət-ənənəsini, milli xüsusiyyətlərini özündə
əks etdirən ekspozisiyalarla tanış olacaqlar.
İordaniyanın Azərbaycandakı
səfiri Adel Adaileh ilk dəfə
keçirilən mədəniyyət
günlərini yüksək
qiymətləndirərək demişdir ki, dövlət başçılarının
qarşılıqlı səfərləri,
yüksək səviyyəli
görüşlər və
danışıqlar ikitərəfli münasibətlərin
yüksələn xətt
üzrə inkişafına
əlverişli zəmin
yaratmışdır.
A.Adaileh diqqətə
çatdırmışdır ki, iki ölkə
arasında münasibətləri
arzu olunan səviyyəyə çatdırmaq
üçün Kral
II Abdullah Azərbaycana,
Prezident İlham Əliyev isə İordaniyaya səfər etmişdir.
Ölkələrimiz iqtisadi, mədəni, ticari, informasiya və turizm sahələrində
çox uğurlu əməkdaşlıq edirlər.
Səfir Ədalət
Vəliyevə xatirə
hədiyyələri təqdim
etmişdir.
Sonra iştirakçılar
bu ölkənin milli geyimlərinə və "Ət-Tafilə dağları"
mahnı-rəqs qrupunun çıxışına
tamaşa etmiş, iordaniyalı rəssamların
49 əsəri və
30 foto işi ilə tanış olmuşlar.
Mədəniyyət günləri
oktyabrın 22-dək davam edəcəkdir.
Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 6.