Prezidentin mətbuat xidmətinin məlumatı

 

Oktyabrın 21- Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Türkiyə-Ermənistan münasibətləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Türkiyə Prezidenti Abdullah Gül bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mümkün deyildir.

Dövlətimizin başçısı bu mövqeyə görə minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 1.