YAP-da Böyük britaniyalı diplomatla görüş
Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında partiya sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ilə Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə II katibi və ülyahəzrətin konsulu xanım Katrin Klevi arasında görüş olmuşdur.
Görüşdə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri, YAP-ın qarşıya qoyduğu məqsəd və vəzifələr barəsində geniş fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 2.