Dünya Bankının
icraçı direktoru
xanım Nqozi Okonco-İvealan İçərişəhərlə
tanış olmuşdur
Azərbaycana səfəri
çərçivəsində Dünya Bankının icraçı direktoru xanım Nqozi Okonco-İveala qədim İçərişəhərlə tanış olmuşdur.
Gəzinti zamanı
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov qonağa dünya şəhərsalma sənətinin
nadir nümunəsi, YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər, habelə burada aparılan son təmir və abadlaşdırma işləri
barədə ətraflı məlumat vermişdir.
Bakının rəmzi sayılan qədim və əzəmətli Qız qalasının tarixi barədə dolğun məlumat qonağın böyük
marağına səbəb
olmuşdur. Mərkəzi Asiyanın müxtəlif
ölkələri ilə
ticarət əlaqələrimizin
sübutu olan Buxara Karvansarası, Hindistanla tarixi iqtisadi-mədəni əlaqələrimizdən xəbər
verən Multanı Karvansarası ilə tanışlıq da xanım Nqozi Okonco-İvealanda xoş təəssürat oyatmışdır.
Qonağa müxtəlif
milli-tətbiqi sənətkarlıq və
xalçaçılıq sənəti nümunələri
göstərilmişdir.
Gəzinti dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksinin ərazisində davam etdirilmişdir. Qonağa məlumat verilmişdir
ki, tikintisi XII əsrdən başlayan və əsasən XV əsrdə başa çatdırılan Şirvanşahlar
Sarayı Kompleksi müxtəlif səviyyələrdə
yerləşən 3 daxili
həyətdən ibarətdir.
Şamaxıda XII əsrdə
baş vermiş zəlzələ səbəbindən
Şirvanşahlar dövlətinin paytaxtı
Bakıya köçürülmüş
və burada sarayın inşasına başlanılmışdır.
Sonda Şirvanşahlar
Sarayı Kompleksinin ərazisində qonaq üçün Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
Qədim musiqi alətləri Ansamblının
konserti təşkil olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 2.