"Dəyirmi masa" keçirilmişdir

 

Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzinin konfrans zalında Azərbaycanın görkəmli şərqşünas alimi, Şərq-Qərb problematikasının sistemli şəkildə ilk tədqiqatçısı Aida xanım İmanquliyevanın anadan olmasının 70 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

Rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova Aida xanım İmanquliyevanın həyat yaradıcılığından danışmışdır. O, görkəmli alimin şərqşünaslıq elminə töhfələrindən söz açmışdır.

Sonra rayon mədəniyyət turizm şöbəsinin müdiri Gülgün Kərimov, "Ağstafa" qəzeti redaktorunun müavini Firdovsi Heydərli, şəhər 2 nömrəli orta məktəbinin müəllimləri Nigar Bezraşvard, Sevda Əliyeva başqaları görkəmli şərqşünas alimin ərəb filologiyası sahəsində apardığı nəhəng elmi tədqiqat işlərindən söz açmışlar. Qeyd etmişlər ki, Aida İmanquliyeva həm keçmiş Sovet İttifaqında, həm Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun yaradıcılarından biri olmuşdur. Eyni zamanda, o, Azərbaycan oxucusunu ərəb ədəbiyyatı ilə tanış etmək üçün xeyli görmüş, bir sıra ərəb yazıçılarının əsərlərini dilimizə çevirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 6.