Hüquqşünaslar telekanallarla bağlı
diskussiyaları dəstəkləyirlər
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində
bu il oktyabrın
2-də dərc edilmiş "Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr" adlı
məqaləsi rayonumuzda
böyük əks-səda doğurmuşdur.
Hörmətli akademik bu yazıda yerli televiziya və radio qurumlarının
fəaliyyətindəki kifayət
qədər ciddi və ağrılı problemlərə toxunmuşdur.
Akademik Ramiz Mehdiyev görkəmli filosof kimi bütün
problemləri dərindən
təhlil etməklə
onların həlli yollarını da aydın şəkildə
göstərmişdir. Məqalədə
bütün cəmiyyətimizi
narahat edən və dövlətçiliyimiz
üçün vacib
olan məsələlərdən
danışılması təqdirəlayiqdir.
Məqalə ilə bağlı "Azərbaycan"
qəzetində oxucuların
çıxışlarının dərc olunmasına və redaksiyada "dəyirmi masa"nın təşkil edilməsinə görə
Qusar rayonunun hüquq-mühafizə orqanları adından sizə təşəkkürümüzü
bildiririk.
Zahid VƏLİYEV,
Qusar rayon prokuroru,
baş ədliyyə
müşaviri
Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 7.