Xatirə gecəsi
Azərbaycan Dövlət
Muğam Teatrında şair Malik Fərruxun xatirə gecəsi keçirilmişdir.
Tədbiri teatrın direktoru, əməkdar mədəniyyət işçisi
Arif Qaziyev aparırdı.
Mərasimdə şairin qələm dostları və yaxınları iştirak edirdilər. Milli Məclisin deputatı Aydın Mirzəzadə, şair Baba Vəziroğlu, jurnalistlərdən
Telli Pənahqızı,
Flora Xəlilzadə, fəlsəfə elmlər
doktoru, professor Tariyel Qasımov, bəstəkar Mobil Babayev və başqaları çıxış
edərək şairin
yaradıcılığından, poetik aləmindən söz açdılar. İncəsənət
ustaları Malik Fərruxun sözlərinə
yazılmış mahnıları
ifa etdilər.
Məclisin sonunda şairin övladı, teleaparıcı Günay Malikqızı çıxış
edərək atasına
göstərilən diqqətə
və söylənilən
xoş xatirələrə
görə təşəkkürünü
bildirdi.
Ülviyyə VAHİDQIZI
Azərbaycan.- 2009.- oktyabr.- S. 7.