Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın
xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 22-də Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul etmişdir.
Görüşdə Azərbaycan
ilə Bolqarıstan arasında ikitərəfli
münasibətlərin müxtəlif
sahələrdə uğurla
inkişaf etdiyi vurğulandı, əlaqələrimizin
bundan sonra da möhkəmlənməsi
üçün yaxşı
potensialın olduğu
qeyd edildi və münasibətlərimizin
gələcəkdə daha
da genişlənəcəyinə əminlik ifadə olundu.
Görüşdə həmçinin
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının Xarici
İşlər Nazirləri
Şurasının Bakıda
keçirilən XXI görüşünün
əhəmiyyəti vurğulandı
və bu görüşün ölkələr
arasında əməkdaşlığın
genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.
AzərTAc
Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 1.