Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22- Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 1.