Azərbaycan Prezidenti İlham Əliyev İranın xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 22-də İran İslam Respublikası xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul etmişdir. Mehdi Səfəri İran İslam Respublikasının Prezidenti
Mahmud Əhmədinejadın
salamlarını dövlətimizin
başçısına çatdırdı.
Seçkilərdən əvvəl
Azərbaycanda olduğunu
vurğulayan qonaq ötən dövr ərzində ölkəmizdə,
xüsusilə Bakı
şəhərində çoxlu
müsbət dəyişikliklərin
baş verdiyini dedi və əldə
olunan yüksək nailiyyətlərə görə
dövlətimizin başçısını
təbrik etdi.
Ölkələrimiz arasında
münasibətlərin uğurla
inkişaf etdiyini bildirən dövlətimizin
başçısı gələcək
əməkdaşlıq üçün
də yaxşı perspektivlərin olduğunu
vurğuladı. Prezident
İlham Əliyev Azərbaycan Respublikası
ilə İran İslam Respublikası arasında dostluq münasibətlərinin bundan
sonra da davam etdiriləcəyinə əminliyini
ifadə etdi.
Dövlətimizin başçısı
Prezident Mahmud Əhmədinejadın salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını İran İslam Respublikasının Prezidentinə
çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 1.