R.S.Mustafayevin Azərbaycan Respublikasının
Yunanıstan Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının
Yunanıstan Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 2.