Dövlət Dumasında Rusiya,
Azərbaycan və Ermənistan deputatlarının
görüşü olmuşdur
Rusiya, Azərbaycan və
Ermənistan deputatları RF Dövlət Dumasında parlamentlərarası
əməkdaşlıq, humanitar məsələlər,
iqtisadi-ticari əməkdaşlığın spektrinin
deputatların iştirakı ilə genişləndirilməsi,
miqrasiya prosesləri ilə bağlı mövzuları
geniş müzakirə etmişlər.
"Dəyirmi masa"
qapalı keçmişdir. Dövlət Dumasının MDB
İşləri və Həmvətənlərlə Əlaqələr
Komitəsinin məlumatına görə, görüşdə
RF Federal Məclisi ilə Azərbaycan və Ermənistan
parlamentləri arasında əməkdaşlıq üzrə
parlamentlərarası komissiyaların işinin təkmilləşdirilməsi
məsələləri geniş müzakirə olunmuşdur. Komitə
aparatından bildirmişlər ki, müxtəlif beynəlxalq
qurumlarda deputatların fəaliyyətinin əlaqələndirilməsi
məsələsinin ətraflı müzakirə olunduğu
görüşdə Dağlıq Qarabağ mövzusu da kənarda
qalmamışdır.
Görüşü açan
Dövlət Duması
sədrinin müavini Valeri Yazev ("Yedinaya Rossiya") xalqlar və mədəniyyətlərarası ixtilafları dəf etməyin, mövcud beynəlxalq və daxili münaqişələrin
sülh yolu ilə həllinin vacib olduğunu vurğulamışdır.
"Dəyimi masa"da Dövlət Dumasının MDB İşləri
və Həmvətənlərlə
Əlaqələr Komitəsinin
sədri Aleksey Ostrovski, Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Ermənistan parlamentinin iqtisadi məsələlər
üzrə daimi komissiyasının üzvü
Ermine Nağdalyan, Azərbaycanın
və Ermənistanın
Rusiyadakı səfirləri
Polad Bülbüloğlu
və Armen Smbatyan iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 2.