Əhməd Davudoğlu: "İşğal altındakı Azərbaycan torpaqlarının azad olunması üçün mübarizəmizi davam etdirəcəyik"

 

İşğal altındakı Azərbaycan torpaqlarını öz torpağımız sayırıq onların azad olunması üçün mübarizəmizi davam etdirəcəyik.

Bu sözləri oktyabrın 22- jurnalistlərə müsahibəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu söyləmişdir. Nazir demişdir ki, Türkiyə bu məsələyə dair prinsipial mövqeyini dəfələrlə bildirmişdir. Azərbaycanın ərazi bütövlüyü Türkiyənin ərazi bütövlüyü qədər əzizdir. Bu, Türkiyənin xarici siyasətinin təməl prinsipidir.

Əhməd Davudoğlu bildirmişdir ki, keçirdiyimiz hər görüşdə, iştirak etdiyimiz hər beynəlxalq tədbirdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını gündəmə gətiririk. Sürixdə protokollar imzalanarkən ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunmuşdur. Bundan sonra da hər yerdə Türkiyə Dağlıq Qarabağ məsələsini gündəmə gətirəcəkdir. Bu, bizim milli məsələlərimizdən biridir.

Türkiyənin xarici işlər naziri Bakıda QİƏT-in üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının XXI iclası çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə apardığı danışıqlar barədə məlumat vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 2.