Ali Məhkəmənin
sədri ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşmüşdür
Oktyabrın 22-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə görüşmüşdür.
Görüşdə R.Rzayev Azərbaycanın məhkəmə
sistemi haqqında məlumat vermiş, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə
danışmışdır. Ali Məhkəmənin ATƏT,
xüsusilə Avropa İnsan Haqları Məhkəməsi ilə
işgüzar əlaqələrini
qeyd etmişdir.
ATƏT-in Bakı
ofisinin rəhbəri Əli Bilge Cankorel Azərbaycanda məhkəmə sisteminin
müasirləşdirilməsi istiqamətində həyata
keçirilən tədbirləri
yüksək qiymətləndirmiş,
ATƏT-lə qarşılıqlı
əlaqələrin bundan
sonra da davam etdiriləcəyini vurğulamışdır.
ATƏT-in Bakı ofisinin rəhbəri Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzərək məhkəmə
tarix muzeyinə baxmış, hakimlərin
iş şəraiti ilə tanış olmuş, bu tanışlıqdan məmnun
qaldığını bildirmişdir.
Ali Məhkəmənin
sədri Azərbaycanın
məhkəmə orqanlarına
xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin
əhəmiyyətli görüşə
görə ATƏT-in
Bakı ofisinin rəhbərinə minnətdarlığını
bildirmiş və gələcək işlərində
uğurlar arzulamışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 6.