Böyük Britaniya parlamentində
"Avropanın enerji
geosiyasəti və Azərbaycanın rolu"
mövzusunda tədbir
keçirilmişdir
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən verilən məlumatda bildirilir ki, oktyabrın 20-də Böyük Britaniya parlamentində Britaniya Azərbaycanlıları Şəbəkəsinin (UK Azeris Network-UKAN) təsis olunması ilə əlaqədar "Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu" mövzusunda tədbir keçirilmişdir.
Səfirliyin dəstəyi ilə keçirilmiş tədbirdə parlamentin Lordlar və Nümayəndələr palatalarının üzvləri, dövlət qurumlarının təmsilçiləri, enerji üzrə aparıcı ekspertlər, jurnalistlər, Londonda yaşayan azərbaycanlı və türk icmalarının üzvləri iştirak etmişlər.
Tədbiri açan
UKAN-ın həmtəsisçisi
Gülçöhrə Əliyeva
yeni yaradılan qurumun məqsədi və gələcək fəaliyyət istiqamətləri
haqqında məlumat vermiş və təşkilatın Britaniya
azərbaycanlılarının daha da sıx
birləşməsinə və
ölkəmizin maraqlarının bu ölkədə müdafiə
edilməsinə xidmət
edəcəyini diqqətə
çatdırmışdır.
Səfir F.Qurbanov
çıxış edərək
yeni təsis olunan quruma uğurlar
arzulamış və
ölkədə fəaliyyət
göstərən diaspor
təşkilatlarının Azərbaycan reallıqlarının
Britaniya ictimaiyyətinə
çatdırılmasında xüsusi rol oynadıqlarını vurğulamışdır. Diplomat Azərbaycanın dünya enerji bazarında getdikcə artan rolunu, etibarlı
tərəfdaş kimi
tanındığını və bu amillərin
gələcəkdə ölkəmizin
enerji sahəsində yeni layihələrin həyata keçirilməsinə
təminat yaratdığını
diqqətə çatdırmışdır.
Tədbirdə çıxış
edən Britaniya parlamentinin üzvü Alan Vaythed, UKAN-ın həmtəsisçisi
Fiyaz Muğal, ARDNŞ-in London nümayəndəliyinin direktoru
Rüfət Əfəndiyev,
Birmingem Universitetinin professoru Ceremi Smit və London
Universitetinin professoru Bavna Deyv Azərbaycanda
neft sənayesinin inkişaf tarixi, ölkəmizin Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı
rol, Xəzər hövzəsi və xüsusilə Azərbaycanın
dünya enerji siyasətində artan nüfuzundan bəhs etmişlər. Tədbir iştirakçılar üçün
təşkil olunmuş
ziyafətlə davam etdirilmişdir.
Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 6.