"Embassy" qəzetində
Azərbaycanın Kanadadakı
səfirinin müsahibəsi
dərc edilmişdir
Azərbaycanın Kanadadakı
səfirliyinin mətbuat
xidmətindən bildirmişlər
ki, "Embassy" qəzetinin 21 oktyabr tarixli nömrəsində
səfir Fərid Şəfiyevin müsahibəsi
dərc olunmuşdur.
"Həssas bölgədə
ictimai diplomatiya"
("Public diplomacy in a fragile
region") başlıqlı
məqalənin müəllifi
qeyd edir ki, Azərbaycanın Rusiya, Ermənistan, Gürcüstan və İranla həmsərhəd
ölkə olduğunu
nəzərə alaraq,
azərbaycanlılar təcrübəli
diplomatlar olmalıdırlar.
Səfir F.Şəfiyev
müsahibəsində Azərbaycanın
tarazlı xarici siyasət yürütdüyünü,
ABŞ və NATO ilə
fəal əməkdaşlıq
qurduğunu diqqətə
çatdırmış, Türkiyə-Ermənistan yaxınlaşmasının
Ermənistan və Azərbaycan arasında münasibətlərə müsbət
təsir etməyəcəyini
bildirmişdir. O, azərbaycanlıların
öz doğma torpaqlarına qayıtmaq hüququnu vurğulamış,
Dağlıq Qarabağın
Azərbaycan və erməni icmasının birgə, dinc yanaşı yaşayışının
təminatını vacib
saymışdır.
Səfir həmçinin
Kanada-Azərbaycan parlamentlərarası qrupunun
fəaliyyətindən danışmış,
qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində
əməkdaşlıq üçün
geniş potensialın
olduğunu nəzərə
çarpdırmışdır.
Müsahibədə Fərid Şəfiyev ictimai diplomatiyanın vacibliyini də qeyd etmiş,
ölkə ictimaiyyəti
arasında Azərbaycan
haqqında biliklərin
təşviqinə əsas
diqqətin ayrılacağını
bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 23 oktyabr.- S. 6.